AMEA-nın Folklor İnstitutunda elmi seminar keçirilib.
Seminarda İstanbul Beykent Universitetinin magistratura təhsili üzrə meneceri Prof. Dr. Ebru Gözəl “Qadınlar və mifologiya: Şərqdən Qərbə... Umaydan İnsana...” mövzusunda mühazirə deyib. Bildirib ki, qədim türklər arasında arxetip olaraq bilinən Mifoloji Ana bir bütündür. Varlıq və yoxluq onunla tamamlanır. Bununla belə, o bölünür və şaxələnir, Umay Ana yalnız yaxşılığı təmsil etdiyi halda, Qara Umay, Albastı kimi arxetiplər yalnız pisliyi təmsil edir.
Məruzəçi mədəniyyətin yaranmasında, ovçuluq, mağara rəsmləri, damğalar, yazı, inanc (şamanizm), incəsənət, əkinçilik, toxuculuq, qastronomiya və s. sahələrdə tarixən qadınların böyük rol oynadığını vurğulayıb.
Sonra Folklor İnstitutunun Müasir folklor şöbəsinin müdiri filologiya elmləri doktoru, professor Füzuli Bayat çıxış edərək mövzu ilə bağlı fikirlərini bölüşüb.
Mühazirə seminar iştirakçılarının marağına səbəb olub, mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.