Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

27.01.2025 11:38
  • A-
  • A
  • A+

Əlyazmalar İnstitutunun əməkdaşları beynəlxalq seminarda iştirak ediblər

Əlyazmalar İnstitutunun əməkdaşları beynəlxalq seminarda iştirak ediblər

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun əməkdaşları ADA (Azərbaycan Diplomatik Akademiyası) Universitetinin İtaliya-Azərbaycan Universiteti layihəsi çərçivəsində baş tutmuş “Maddi və qeyri-maddi irs: nəzəriyyə, üsullar və tətbiqlər” adlı beynəlxalq seminarda iştirak ediblər.

Azərbaycan Diplomatik Akademiyasının “Məclis” zalında (Majlis Room) keçirilmiş, ölkəmizin bir sıra aparıcı təhsil və elmi-tədqiqat müəssisələrinin mütəxəssislərinin qatıldığı seminarda əməkdaşlarımız - Beynəlxalq əlaqələr şöbəsinin baş mütəxəssisi Əsmər Hümbətli və həmin şöbənin tərcüməçisi Güllər Axundova “Tarixi və arxeoloji irsin öyrənilməsinə və təkmilləşdirilməsinə inteqrasiya olunmuş və fənlərarası yanaşma”, “Abidələrdən geyimlərə qədər: nəzəriyyə və təcrübə” və “Əlyazmadan internetə: AD Laboratoriyası və digər təcrübələr” mövzularında nəzəri biliklərə yiyələnib, mövzuya uyğun videoslaydlarda əks olunmuş qədim əlyazmalar, arxeoloji nümunələr və qədim tikililərin memarlıq üslubu ilə tanış olublar. Seminar İtaliyanın Boloniya Universitetinin müəllimləri – “Mədəni İrs” kafedrasının dosenti, arxeoloq, professor Lyuka Kolliva (Luca Colliva), “Beni mədəniyyəti” kafedrasının dosenti, “İncəsənət tarixi və arxeologiya” elmi üzrə ixtisaslaşmış bizansşünas alim, professor Mariya Kristina Karil (Maria Christina Carile) və “Klassik filologiya və italiyaşünaslıq” kafedrasının elmi işçisi, “Ecdotica” elmi-tədqiqat jurnalının baş redaktoru Roberta Priori (Roberta Priore) tərəfindən ingilis dilində təqdim olunub.

Qeyd edək ki, beynəlxalq seminar Azərbaycan Diplomatik Akademiyası və İtaliya-Azərbaycan Universitetlərinin birgə təşkilatçılığı ilə həyata keçirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: