Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

27.01.2025 15:08
  • A-
  • A
  • A+

Coğrafiyaçı alim iqlimin insan sağlamlığına təsirindən danışıb

Coğrafiyaçı alim iqlimin insan sağlamlığına təsirindən danışıb

İctimai Səhiyyə və İslahatlar Mərkəzinin BMT-nin Uşaq Fondunun (UNİCEF) Azərbaycan Nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Tərəqqiyə təhdid: iqlim dəyişmələrinin uşaqların sağlamlığına və rifahına təsirləri ilə mübarizə” mövzusunda dəyirmi masa təşkil edilib.

Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun İqlim və aqroiqlimşünaslıq şöbəsinin  əməkdaşları - böyük elmi işçisi Cəmilə Əhmədova və elmi işçi Azadə Məmmədova tədbirdə iştirak ediblər.

Cəmilə Əhmədova çıxış edərək adı çəkilən sahədə Azərbaycanda mövcud vəziyyət, görülən işlər barədə məlumat verib. Onun sözlərinə görə yay aylarında isti hava dalğalarının təkrarlanması baza dövrü ilə müqayisədə 5-7 dəfə artıb. Bu dalğalar son 10 ildə yay mövsümündə bir neçə də təkrar olunur və onların intensivliyi də artır. Əvvəllər mütləq maksimum temperatur 30-40 ildən bir yenilənirdisə, indi bu yenilənmə böyük sürətlə baş verir. Məs. əvvəllər Bakıda maksimum temperatur 40 dərəcə idisə indi bu rəqəm 43-ədək qalxıb. Yəni 10 il ərzində mütləq maksimum temperatur yenilənərək 3 dərəcə artıb. 

Alim bildirib ki, isti hava dalğaları daha çox həssas insan qruplarına pis təsir edir. 2006-cı ildən başlayaraq Proqnozlar bürosu isti dalğalar barəsində əhalini xəbərdar edir ki, bu da öz müsbət təsirini göstərib. Araşdırmalar isti dalğaların nadir hallarda olduğu dövrlə son dövrdə olan çağırışlarda böyük fərqin - azalmaların olduğunu üzə çıxarıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: