Elm və Təhsil Nazirliyinin Mikrobiologiya İnstitutunda 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibəti ilə tədbir keçirilib.
Tədbirdə institutun Gənc Alim və Mütəxəssislər Şurasının üzvləri və gənc tədqiqatçılar iştirak ediblər.
Yığıncağı giriş sözü ilə Mirobiologiya İnstitutunun Təhsil, İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri b.ü.f.d. Vüsalə Xəlilzadə açaraq gənc əməkdaşları Mikrobiologiya İnstitutunun baş direktoru AMEA-nın müxbir üzvü Pənah Muradovun və kollektiv adından əlamətdar gün münasibəti ilə təbrik edib onlara elmi fəaliyyətlərində uğurlar arzulayıb.
O, ölkəmizdə aparılan uğurlu gənclər siyasətindən bəhs edib və gənclərimizin ilbəil daha da irəli gedərək uğurlu elmi nailiyyətlərə imza atdıqlarını vurğulayıb.
Sonra müəssisədə gənc tədqiqatçlar arasında elmi fəaliyyət sahəsində fərqləndiyinə görə əyani doktorant Aqil Əhmədli Mikrobiologiya İnstitutunun “İlin ən fəal gənc alimi” diplomu təqdim edilib.
Sonda gənc alim çıxış edərək göstərilən diqqətə və gənclərin fəaliyyətinin hər zaman dəstəkləndiyinə görə rəhbərliyə minnətdarlığını bildirib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.