AR Elm və Təhsil Nazirliyinin akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda 2 Fevral - Azərbaycan Gəncləri Günü münasibətilə tədbir keçirilib.
Tədbiri giriş nitqi ilə institutun baş direktoru akademik Vaqif Abbasov açıb və NKPİ-nin gənc alim və mütəxəssislərini 2 Fevral - Azərbaycan Gəncləri Günü münasibətilə təbrik edib. Akademik Vaqif Abbasov çıxışında bildirib ki, savadlı və bacarıqlı nəslin yetişdirilməsi hər bir dövlət üçün önəmlidir və Neft-Kimya Prosesləri İnstitutunun gənc əməkdaşları hər zaman elmdə və Azərbaycan dövlətinin həyata keçirmək istədiyi tədbirlərdə fəal iştirak edir.
Gənclər Günü münasibətilə institutun fəallığı ilə fərqlənən 27 nəfər gənc əməkdaşının hər birinə pul mükafatı və Fəxri fərman təqdim olunub.
İclasın sonunda institutun baş direktoru akademik Vaqif Abbasov gənc alim və mütəxəssisləri təbrik edib, onlara gələcək elmi fəaliyyətində uğurlar arzulayıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.