Odlar Yurdu Universitetinin Biologiya və Ekologiya kafedrasının professor və müəllim heyəti elmi ETN Dendrologiya İnstitutunda olublar.
Dendrologiya İnstitutu və Odlar Yurdu Universiteti arasında mövcud əməkdaşlıq, işgüzar münasibətlər elm və təhsilin inteqrasiyası prosesində əsas hərəkətverici qüvvələrdəndir.
Universitet tələbələri və magistrlərin təcrübə keçmələri, müxtəlif maarifləndirici görüşlərin təşkili, elmi-tədqiqat mübadilələrin genişləndirilməsi tədris prosesində elmiliyin artırılması istiqamətində müzakirələr aparılıb.
Dendrologiya İnstitutun baş direktoru v.i.e. Minarə Həsənova müəssisənin fəaliyyət istiqamətləri haqqında qonağa məlumat verib. Ağac və kolların, yeni dekorativ sortların forma müxtəlifliyinin qiymətləndirilməsi, meşə bitkiləri, təbiət abidələri, bağ-park obyektləri, introdusent növlərin dendroloji və taksasiyalı öyrənilməsi, perspektivli meşə və dendroloji təbiət abidələrinin seçilməsi haqda məlumat verən institut rəhbəri əlverişsiz iqlim amillərinin təsiri və zərərverici həşəratların kütləvi çoxalması ilə əlaqədar olaraq dendroxronoloji tədqiqatlar, əsas meşə əmələ gətirən cinslərin yaşlı nüsxələrinin seçimi, meşə, şəhər və meşə-park landşaflarının tərtibatı üçün ağac və kol cinsləri assortimentinin seçimindən ətraflı bəhs edib.
Professor və müəllim heyyəti institutda aparılan elmi-tədqiqat işləri ilə tanış olublar.
Sonra qonaqlar institutun Bəzək memarlığı, Bitkilərin mühafizəsi, Ekologiya və iqlimləşdirmə, Sənaye əhəmiyyətli bitkilər, Ağac və kol bitkilərinin introduksiyası və iqlimləşdirilməsi, Bitki sistematikası, Dendroxronologiya və Meşə ekosistemləri laboratoriyalarında aparılan tədqiqat işləri ilə tanış olublar. İnstitutda yaradılan şəraitlə tanış olan qonaqlar biologiya elmi sahəsində müxtəlif istiqamətli müasir tədqiqatların aparılmasını təqdirəlayiq hal kimi qiymətləndirərək birgə əməkdaşlığın əhəmiyyətindən danışıblar.
Sonda qonaqlar Odlar Yurdu Universiteti İnstitutun kitab fonduna müəllifi olduqları nəşrləri təqdim ediblər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.