Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

17.02.2025 17:18
  • A-
  • A
  • A+

Tələbələr Radiasiya Problemləri İnstitutunda istehsalat təcrübəsi keçəcək

Tələbələr Radiasiya Problemləri İnstitutunda istehsalat təcrübəsi keçəcək

Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunda (RPİ) istehsalat təcrübəsi keçəcək ali təhsil müəssisələrinin tələbələri ilə görüş keçirilib.

Tədbiri giriş sözü ilə açan Radiasiya Problemləri İnstitutunun baş direktoru AMEA-nın müxbir üzvü İslam Mustafayev təcrübə proqramlarına qatılan tələbələrə uğurlar arzu edib, onların təcrübə müddətini faydalı və mənalı şəkildə keçirmələrini, alimlərimizin imkanlarından maksimum yararlanmağa çalışmalarını vurğulayıb. Azərbaycan Memarlıq və İnşaat Universiteti ilə Dövlət Neft və Sənaye Universitetinin bakalavr tələbələrinin Radiasiya Problemləri İnstitutunda istehsalat təcrübəsi keçməsi, onlara praktiki biliklər əldə etmək, elm və texnologiyanın inkişafı sahəsində təcrübə toplamaq baxımından çox faydalı olduğunu diqqətə çatdırıb.

Daha sonra RPİ-nin icraçı direktoru fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Rəvan Mehdiyeva tələbələrə ilk olaraq radiasiya təhlükəsizlik qaydalarına riayət olunmasına diqqət edilməsini vurğulayıb. Sonra institutun tarixi, elmi-tədqiqat istiqamətləri haqqında məlumat verib.

Qeyd edək ki, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Dövlət Neft və Sənaye Universitetinin bakalavr pilləsi üzrə təhsil alan tələbələri Radiasiya Problemləri İnstitutunda 3 ay müddətində istehsalat təcrübəsi, Azərbaycan Memarlıq və İnşaat Universitetinin magistrantları isə Radiasiya Problemləri İnstitutunun elmi-tədqiqat laboratoriyalarında bir ay müddətində elmi-tədqiqat təcrübəsində olacaqlar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: