Rusiyanın Tümen vilayətinin Novıy-Urenqoy şəhərində “Sinyaya Ptitsa (Göy Quş)” Uşaq Teatrında AMEA-nın “Elm” nəşriyyatının direktor müavini Vüqar Haqverdiyevin yazdığı “Qarınqulu ayı balası” (Medvejonok Karınkulu) pyesi əsasında eyniadlı tamaşa hazırlanır.
Tamaşanın quruluşçu rejissoru teatrın rəhbəri Natalia Ermilovadır.
Səhnə əsərinin premyerası gələn ayın ortalarında keçiriləcək.
“Qarınqulu ayı balası” pyesi ötən il Ulyanovsk vilayətinin “Karabaz-Barabaz” Böyük Kuklalar Teatrında, həmçinin Bryansk vilayətinin Mqlin şəhər 2 nömrəli orta məktəb “Kolobok” kukla teatrında da səhnələşdirilərək uşaqlara təqdim olunub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.