AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin fevral ayında sonuncu sayı çapdan çıxıb.
Qəzetin ön səhifəsində “Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xocalı soyqırımı abidəsini ziyarət ediblər” başlıqlı xəbər yer alıb.
Bugünkü sayın ilk səhifələrində “Yeniləşən Akademiyanın yeni formatda illik Ümumi yığıncağı” adlı yazı və AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin ideya müəllifi olduğu “Heydər Əliyev: şəxsiyyətin miqyası və missiyası” adlı monoqrafiyaya dair informasiya dərc edilib.
Bundan əlavə, qəzetin səhifələrində AMEA Rəyasət Heyətinin iclası, Akademiyanın kollektivinin Xocalı soyqırımı abidəsini ziyarəti, eləcə də bu qanlı faciənin 33-cü ildönümünə həsr olunmuş tədbir geniş işıqlandırılıb.
Qəzetin bugünkü buraxılışında “Azərbaycan elmində akademik tədqiqat ənənəsi və təcrübəsi”, “Dövrümüzün elektron “Əkinçi”si “science.gov.az” portalı 30 yaşında” və “Şərəfli tarixi yol” sərlövhəli məqalələr, “Yeni nəşrlər” rubrikasında fundamental elmi tədqiqat əsərləri, o cümlədən institularda keçirilən tədbirlər barədə ətraflı informasiyalar təqdim edilib.
Qəzetin rus və ingilis dili bölmələrində isə AMEA-nın Ümumi yığıncağına dair icmal, eləcə də aktual mövzuda tədbirlərlə bağlı yazılar oxucuların ixtiyarına verilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.