Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

03.03.2025 09:47
  • A-
  • A
  • A+

Dilçilik İnstitutu tərəfindən bağışlanan kitabların sərgisi hazırlanıb

Dilçilik İnstitutu tərəfindən bağışlanan kitabların sərgisi hazırlanıb

Bakı Avrasiya Universitetində AMEA-nın Dilçilik İnstitutu tərəfindən bağışlanan kitabların sərgisi hazırlanıb.

Sərgidə dilçiliyə aid son dövrlərdə nəşr olunan kitablar, lüğətlər, elmi jurnallar, Azərbaycan dilinin tarixilə bağlı tədqiqatlar yer alıb.

Kitab sərgisində iştirak edən alimlər Azərbaycanda dövlət dil siyasəti, ana dilinə dövlət qayğısı, dilçiliyə dair yeni nəşrlər, dilin tədrisi məsələlərindən söhbət açıblar.

Kitab sərgisi universitetdə bu həftə davam edəcək.

Sərgidə Elmi işlər üzrə prorektor professor Gülzar İbrahimova,Tədrisin təşkili departamentinin rəhbəri Natella Quliyeva, Nəzəri dilçilik və türk dilləri kafedrasının müdiri dosent Zəminə Rüstəmbəyli, Kitabxana və İnformasiya mərkəzinin müdiri Sima Cəfərova, Dilçilik İnstitutunun Azərbaycan dili tarixi şöbəsinin müdiri dosent Xədicə Heydərova, aparıcı elmi işçisi dosent İmanyar Quliyev, institutun Kitabxanasının müdiri Sevil Zülfüqarova, kitabxana əməkdaşı Sona Məmmədova  iştirak ediblər.

Sonda səmərəli fəaliyyətinə görə Sevil Zülfüqarova Bakı Avrasiya Universitetinin rəhbərliyi tərəfindən təltif edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: