24 iyun 2025-ci il tarixində AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda Türkdilli əlyazmaların tədqiqi və Türk dünyası əlyazmalarının tədqiqi şöbələrinin birgə təşkilatçılığı ilə görkəmli cərrah və türkoloq-alim Cavad Heyətin 100 illik yubileyi çərçivəsində “Cavad Heyət və Türk kimliyinin elmi zəfəri” mövzusunda beynəlxalq elmi-nəzəri konfrans keçiriləcək.
Konfransda aşağıdakı bölmələr üzrə məruzələrin dinlənilməsi nəzərdə tutulur:
• Tibb
• Türkologiya və Azərbaycan dilçiliyinin aktual problemləri
• Mətnşünaslıq
• Ədəbiyyatşünaslıq
• Folklorşünaslıq
• Mənbəşünaslıq
• Tarixşünaslıq
• Fəlsəfə və teologiya
• Mədəniyyətşünaslıq
Konfrans aşağıdakı mövzuları əhatə edir:
• Cavad Heyətin tibb və cərrahlıq sahəsindəki elmi nailiyyətləri;
• Tibb elminin müasir istiqamətləri və innovasiyaları;
• Cavad Heyyətin elmi yaradıcılığında yazılı materialların yeri;
• Türkologiyanın aktual problemləri və ədəbi dil məsələləri;
• Türk xalqları tarixi əlyazmalar kontekstində;
• Türk xalqları ədəbiyyatı əlyazmalar kontekstində;
• Türk xalqlarının yazılı folklor abidələri;
• Türkdilli əlyazmalarda fəlsəfə, teologiya və mədəniyyət məsələləri;
• Multidissiplinar elmi tədqiqatların prespektivləri;
Konfransın dili: Azərbaycan, Türkiyə türkcəsi (digər türk dilləri) və ingilis dili
Konfransda iştirak canlı və onlayn (xaricdən qoşulanlar üçün) şəkildə mümkündür. Konfrans materiallarının toplu halında nəşri nəzərdə tutulur.
Xülasənin qəbul şərtləri:
1. 150-250 sözdən ibarət olmalı;
2. Sonda açar sözlər verilməli (Azərbaycan və ingilis dillərində);
3. Yuxarıda qeyd olunan mövzuları əhatə etməli;
4. Məruzənin tam məzmununu əks etdirməli.
İştirakla bağlı məlumat və xülasə Azərbaycan və ya Türkiyə türkcəsində açar sözlərlə birgə elektron formada 03.03.2025 - 10.04.2025-ci il tarixləri arasında aşağıdakı elektron ünvana göndərilməlidir: cavadheyet100@gmail.com
Qeyd: Azərbaycan, Türkiyə türkcəsi və digər türk dillərində təqdim olunan məruzə mətnlərinə ingilis dilində, ingilis dilində tərtib edilən mətnlərə isə Azərbaycan dilində xülasə əlavə olunmalıdır.
Xülasəsi müsbət rəy alan şəxslər 15.04.2025 ‒ 10.05.2025-ci il tarixləri arasında məruzələrinin tam mətnini cavadheyet100@gmail.com ünvanına göndərməlidirlər.
Məruzə mətnlərinin tərtibinə dair tələblər:
Mətn MS Word redaktorunda, A4 formatında, 12 ölçülü Times New Roman şrifti ilə, sətirlərarası 1,15-lik interval gözlənilməklə yığılmalıdır. Mətnin hər tərəfindən 2 sm boşluq olmalıdır. Mətnin sol başlığında Orkid göstəricisi (orkid göstəricisinin olması mütləqdir), bir sətir aşağı sağ tərəfdə kiçik və tünd şriftlə müəllifin adı və soyadı, onun altında kiçik hərflə, kursivlə iş yeri, elmi dərəcəsi, elmi adı (əgər varsa), növbəti sətirdə elektron ünvanı göstərilməlidir. 1 sətir buraxıldıqdan sonra, ortada, məruzənin adı bütünlüklə böyük hərflə və tünd şriftlə verilməlidir. Daha sonra 1 sətir buraxılmaqla xülasə (mətn dilinə müvafiq) və açar sözlər (Azərbaycan və ingilis dillərində), 2 sətir buraxılaraq əsas mətn yerləşdirilməlidir. Əsas mətndən sonra 1 sətir buraxılmaqla istifadə olunmuş ədəbiyyat siyahısı APA..ədəbiyyat siyahısı nümunə.docx sisteminə uyğun verilməlidir. Məruzənin mətni xülasə də daxil olmaqla 5000 işarədən artıq olmamalıdır.
Qeyd: Təşkilat komitəsi xülasələrin seçilməsi, məruzənin mətnində düzəlişlərin edilməsi (ümumi məzmununu dəyişmədən) və geri qaytarılması hüququna malikdir.
Ünvan: AZ1001, Azərbaycan Respublikası, Bakı şəhəri, İstiqlaliyyət küç. 26
Tel.: (+994) 012 492 93 37, (+994) 0506412030
e-mail: cavadheyet100@gmail.com
Əhəmiyyətli tarixlər:
Konfransın keçirilməsi: 24.06.2025
Xülasələrin qəbulu: 03.03.2025 ‒ 10.04.2025
Məruzələrin qəbulu: 15.04.2025 ‒ 10.05.2025
email: cavadheyet100@gmail.com
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.