Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

11.02.2016 11:20
  • A-
  • A
  • A+

Beynəlxalq Multikulturalizm qış məktəbinin iştirakçıları AMEA Milli Azərbaycan Tarixi Muzeyində olublar

Beynəlxalq Multikulturalizm qış məktəbinin iştirakçıları AMEA Milli Azərbaycan Tarixi Muzeyində olublar

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM), Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Bakı Slavyan Universitetinin (BSU) birgə təşkilatçılığı ilə reallaşan “Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: öyrən, araşdır, paylaş-2016” adlı Beynəlxalq Multikulturalizm qış məktəbi fevralın 10-da AMEA Milli Azərbaycan Tarixi Muzeyində işini davam etdirib.

Muzeyin direktoru, akademik Nailə Vəlixanlı qış məktəbinin iştirakçıları ilə görüşüb. Akademik dünyanın müxtəlif ölkələrinin aparıcı universitetlərindən gələn tələbələrin muzeydə qonaq olduqlarından məmnunluğunu bildirərək deyib: “Mən çox şadam ki, dünyanın bir çox ölkələrinin gəncləri Beynəlxalq Multikulturalizm qış məktəbi vasitəsilə indiyə qədər nəzəri olaraq öyrəndikləri Azərbaycan multikulturalizmi ilə əyani tanış olmaq imkanı əldə ediblər. Biz siz gənclərə çox güvənirik, gələcək gənclərindir. Azərbaycanda qonaq olduğunuz müddətdə ölkəmizi sevəcəyinizə inanıram. Əminəm ki, bu qarşılıqlı sevgi bizi bir-birimizə daha da yaxınlaşdıracaq, əbədi dostluqlara körpü atacaq”.

Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidmətinin böyük məsləhətçisi, tarix elmləri doktoru Həcər Verdiyeva və AMEA Şərqşünaslıq İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Fərda Əsədov tələbələrə “Qafqaz Albaniyası Azərbaycan multikulturalizminin tarixi köklərindən biri kimi” mövzusunda mühazirə oxuyub. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: