Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

12.02.2016 14:42
  • A-
  • A
  • A+

AMEA-nın iki bölməsi üzrə 2015-ci ildə doktoranturaya qəbulun nəticələri müzakirə olunub

AMEA-nın iki bölməsi üzrə 2015-ci ildə doktoranturaya qəbulun nəticələri müzakirə olunub

Fevralın 12-də AMEA Rəyasət Heyətində Humanitar Elmlər və İctimai Elmlər bölmələrinin 2015-ci ildə fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə doktoranturasına qəbulun nəticələri müzakirə olunub.

Tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik Akif Əlizadə bildirib ki, doktorantura təhsilinin əsas məqsədi təhsil sahəsində dövlət siyasətinə uyğun olaraq müxtəlif elm sahələri üzrə yüksəkixtisaslı elmi və elmi-pedaqoji kadrların hazırlanmasıdır.  Akademik vurğulayıb ki, namizədlər üçün doktorluq mövzuları müəyyən edilərkən cəmiyyətin və əmək bazarının tələbi də nəzərə alınmalıdır.

AMEA rəhbəri qeyd edib ki, mövzuları təsdiq edilmiş fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə doktaranturaya qəbul olunmuş namizədlər dissertasiyalarında elm üçün böyük əhəmiyyət kəsb edən hər hansı məsələnin yeni həllini təklif etməli, böyük tətbiqi əhəmiyyəti olan iqtisadi, texniki və texnoloji işləmələrin təkmilləşdirilmiş elmi şərhini verməlidir. 

Sonra akademik Akif Əlizadə doktorantların dissertasiya mövzuları ilə tanış olub, mövzular ətrafında fikir mübadiləsi aparılıb.

AMEA rəhbəri elmi bölmələrə gələcəkdə də dissertasiya mövzularının seçilməsi zamanı elmin perspektiv inkişafı üçün əhəmiyyətli mövzulara üstünlük vermələrini tövsiyə edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

 

  • Paylaş: