Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  AMEA PREZİDENTİNİN GÖRÜŞLƏRİ

17.03.2025 17:30
  • A-
  • A
  • A+

AMEA prezidenti Beynəlxalq Türk Akademiyasının rəhbəri ilə görüşüb

AMEA prezidenti Beynəlxalq Türk Akademiyasının rəhbəri ilə görüşüb

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Beynəlxalq Türk Akademiyasının prezidenti akademik Şahin Mustafayevlə görüşüb.

Görüş zamanı Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinin qeyd edilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. Söhbət zamanı milli elmi məktəblərin, görkəmli elm adamlarının yetişib formalaşması istiqamətində Akademiyanın missiyası xüsusi vurğulanaraq AMEA-nın keçdiyi şərəfli tarixi yola nəzər salınıb, iki elmi təşkilatın iştirakı ilə müştərək tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışılıb.

Görüşdə Türk dünyası ölkələrinin elmi qurumları arasında əlaqələrin yüksələn xətlə inkişaf etdiyi diqqətə çatdırılıb, bu əlaqələrin əhatə dairəsinin genişləndirilməsi istiqamətində AMEA-nın və Beynəlxalq Türk Akademiyasının fəaliyyətindən söhbət açılıb.

Həmçinin gələn il Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin qeyd olunması məqsədilə birgə fəaliyyət istiqamətləri haqqında fikir mübadiləsi aparılaraq yubileyin böyük tarixi əhəmiyyət kəsb etdiyi diqqətə çatdırılıb.

Görüş zamanı bir sıra elmi istiqamətlər üzrə AMEA ilə Beynəlxalq Türk Akademiyasının qarşılıqlı əlaqələrinin daha da genişləndirilməsi barədə müvafiq razılıq əldə olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: