Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

19.03.2025 10:12
  • A-
  • A
  • A+

Görkəmli Danimarka şairi Nils Hav Nizami Muzeyinin qonağı olub

Görkəmli Danimarka şairi Nils Hav Nizami Muzeyinin qonağı olub

Görkəmli Danimarka şairi və nasiri Nils Hav Azərbaycan Yazıçılar Birliyinin beynəlxalq əlaqələr və tərcümə məsələləri üzrə katibi Səlim Babullaoğlu ilə birlikdə Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyini ziyarət edib.

Azərbaycan oxucusu Nils Havı “Mən kor olanda”, “Biz burdayıq”, “Kopenhagen qadınları” və digər kitabların müəllifi kimi tanıyır. Bir çox ölkələrə səyahət edən şairin şəhərimizə ilk gəlişi 1922-ci ildə “Şuşaya salam” beynəlxalq poeziya marafonu ilə bağlı olub. Marafon iştirakçısı Nils Hav bu dəfə ölkəmizə yeni nəşr edilmiş “Çağdaş Danimarka poeziyası” antologiyasının təqdimatı ilə əlaqədar gəlib.

Novruz bayramı ərəfəsində qonaq olan ziyarətçini muzeylə Ekspozisiya müdiri Tomiris Babanlı tanış edib. O, Azərbaycanın çoxəsrli ədəbiyyatını xronoloji ardıcıllıqla təqdim edib. Həmçinin qonaqlara xalqımızın əsrlərdən bəri qoruyub saxladığı və bütün dövrlərdə həmişə əziz tutduğu Novruz bayramı, milli adət-ənənələrimizdən söz açıb.

Sonda muzeydən gözəl təəssürat hissi ilə ayrılan Nils Hav muzeyin rəylər və təəssüratlar kitabına ürək sözlərini yazıb. Muzeydən xatirə olaraq şairə “Şirvan şairləri” kitabı və Məhəmməd Füzuliyə həsr edilmiş açıqca dəsti hədiyyə edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: