Aprelin 15-də AMEA-nın prezidenti akademik İsa Həbibbəyli və AMEA-nın vitse-prezidentləri – akademik Rasim Əliquliyev və akademik İradə Hüseynova Ümummilli Lider Heydər Əliyevin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, Azərbaycan Respublikasının Əməkdar elm xadimi, akademik Zərifə xanım Əliyevanın anım günü ilə bağlı Fəxri xiyabanda məzarını ziyarət ediblər.
AMEA nümayəndələri Ulu Öndər Heydər Əliyevin və akademik Zərifə xanım Əliyevanın məzarları önünə gül dəstələri düzüb, əziz xatirələrini dərin ehtiramla yad ediblər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.