Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

30.04.2025 09:25
  • A-
  • A
  • A+

Fizika İnstitutunda əməkdaşlıq memorandumu imzalanıb

Fizika İnstitutunda əməkdaşlıq memorandumu imzalanıb

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Fizika İnstitutunda Pakistan İslam Respublikasının NED Mühəndislik və Texnologiya Universitetinin prorektoru Prof. Dr. Məhəmməd Tufail və NED Mühəndislik və Texnologiya Universitetinin Böyük Verilənlər və Bulud Hesablama Milli Mərkəzinin direktoru Prof. Dr. Məhəmməd Əli İsmayıl qonaq olub.

Qonaqları Fizika İnstitutunun baş direktoru akademik Arif Həşimov qarşılayıb. Səmimi görüşdən sonra qonaqlar institutun əməkdaşları ilə görüşüb. Görüş zamanı əməkdaşlıq memorandumunun imzalanması mərasimi keçirilib. Mərasimi giriş sözü ilə akademik Arif Həşimov açaraq qonaqlara və mərasim iştirakçılarına Fizika İnstitutuun fəaliyyəti haqqında geniş məlumat verib.

Daha sonra Fizika İnstitutu ilə NED Mühəndislik və Texnologiya Universiteti arasında Niyyət Memorandumu imzalanıb.

Sənədi Fizika İnstitutunun baş direktoru akademik Arif Həşimov və NED Mühəndislik və Texnologiya Universitetinin prorektoru Prof. Dr. Məhəmməd Tufail imzalayıblar.

Bu memorandum, elm və təhsil sahəsində inteqrasiyanın gücləndirilməsi, elmi-tədqiqat işlərinin birgə həyata keçirilməsi nəzərdə tutur.

Görüşdə tərəflər arasında elmi əməkdaşlığın genişləndirilməsi və gələcəkdə birgə layihələrin həyata keçirilməsi barədə müzakirələr aparılıb.

İmzalama mərasimindən sonra qonaqlar çıxış edərək Fizika İnstitutu əməkdaşlarına ətraflı məlumat veriblər.

Mərasimin sonunda əməkdaşları maraqlandıran bir sıra suallar cavablandırılıb.

29 aprel 2025-ci il tarixində NED Mühəndislik və Texnologiya Universitetinin əməkdaşları Bakı Mühəndislik Universitetində qonaq olublar və mümkün əməkdaşlıq haqda müzakirələr aparıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: