Türk Dünyası Strateji Düşüncə Mərkəzinin (TÜMER) idarə heyətinin sədri Onur Beyhan idarə heyətinin üzvləri ilə birgə Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin qonağı olublar.
Ziyarət zamanı Azərbaycan ədəbiyyatı ilə tanış olan qonaqlar klassik ədəbiyyatın görkəmli nümayəndələrinin həyat və yaradıcılığını əks etdirən guşələrə daha çox maraq göstəriblər.
Muzeyin Qədim və orta əsrlər Azərbaycan ədəbiyyatının tədqiqi və təqdimi şöbəsinin elmi işçisi Aysel Məhərrəmovanın müşayiəti ilə keçirilən ekskursiyada Nizami Gəncəvi, Məhəmməd Füzuli, Şah İsmayıl Xətai və digər klassiklərin irsi barədə müfəssəl məlumat verilib.
Sonda muzeyin rəylər və təəssüratlar kitabına “Azərbaycan tarixini yenidən yaşamış kimi oldum” – ürək sözlərini qeyd edən qonaqlar Azərbaycanın zəngin ədəbi irsinə göstərilən diqqət və qayğıya görə təşəkkürlərini bildiriblər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.