AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Naxçıvan Muxtar Respublikasının Şərur rayonundakı Yastan və Veysəlli adlanan qədim yaşayış məskənləri ilə tanış olub.
Buradakı köhnə tikililər, su mənbələri və əmək alətləri Yastan və Veysəlli yaşayış məskənlərinin qədim tarixə malik olduğunu göstərir. Akademik İsa Həbibbəyli ölkəmizin qədim yaşayış məskənlərinin tarix, arxeologiya və etnoqrafiya baxımından araşdırılıb öyrənilməsini Azərbaycan elminin mühüm vəzifələrindən biri olduğunu qeyd edib və müvafiq tapşırıqlar verib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.