Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

23.06.2025 14:28
  • A-
  • A
  • A+

Konfrans iştirakçıları Fizika İnstitutunda qonaq olublar

Konfrans iştirakçıları Fizika İnstitutunda qonaq olublar

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Fizika İnstitutunda “Global Research Conference Shusha 2025” - də təmsil olunan xarici qonaqlarla görüş olub.

Görüşdə xarici qonaqları Fizika İnstitutunun icraçı direktoru professor Hüseyn İbrahimov və elmi katib dosent Afət Kərimova salamlayıb.

Görüşdə Fizika İnstitutundan institutun icraçı direktoru professor Hüseyn İbrahimov, Elmi katib dosent Afət Kərimova, Elmi innovasiyalar və xarici əlaqələr şöbəsinin müdiri fizika üzrə fəlsəfə doktoru Rüstəm Rüstəmov, Elmi resurslar və rəqəmsal informasiya şöbəsinin müdiri Orxan Əliyev, dosent Suma Hüseynova və dosent Aytən Əliyeva iştirak edib. Qonaqları MetaWay-in direktoru “Global Research Conference Shusha 2025” təsisçisi və təşkilatçısı Mehriban Məlikova, Türkiyə Resspublikası Rəcəb Tayyib Ərdoğan Universitetinin Ziraat fakültəsinin dekanı professor Mustafa Akbulut, Bitlis Eren Universiteti Sağlıq elmləri fakültəsi doktor Hatice Akyüz, IA of International Eco Energy Academy vitse-prezidenti doktor Ülviyyə Məmmədova, Pakistan İslam Respublikası tədqiqatçı alim Sheraz Mehmood təmsil edib.

Görüş zamanı qarşılıqlı əməkdaşlıq haqqında müzakirələr aparılıb. Bu əməkdaşlığın zəruri və günün tələbi olduğu bildirilib.

Sonda qonaqlarla xatirə şəkilləri çəkilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: