Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

01.07.2025 12:18
  • A-
  • A
  • A+

Botaniklərin həmmüəllifi olduğu məqalə nüfuzlu jurnalda çap olunub

Botaniklərin həmmüəllifi olduğu məqalə nüfuzlu jurnalda çap olunub

AR ETN Botanika İnstitutunun əməkdaşları (professor Səyyarə İbadullayeva, dosent Aygün Məmmədova, Nərmin Sadıqova) Türkiyə Cümhuriyyətinin Qara Dəniz Texniki Universiteti (professor Nevzat Batan, Zeynep Gizem) və Gümüşhane Universitetinin (dosent Hüseyin Erata) əməkdaşlarının həmmüəllif olduğu “Azərbaycandan üç yeni mamır rekordu” adlı məqalə Banqladeş Bitki Taksonomiyası Jurnalında işıq üzü görüb.

Məqalədə Azərbaycanın Tuqay meşəsi və Dilman meşəsində aparılan brioloji ekspedisiyanın nəticəsində ilk dəfə Splachnum ampullaceum Hedw., Sphagnum capillifolium (Ehrh.) Hedw. və Plagiothecium cavifolium (Brid.) Z. Iwats. Azərbaycanda yeni növlərinə rast gəlindiyi qeyd edilir. Splachnum Azərbaycanda briofit florası üçün yeni cinsdir.

Məqalədə cinsin qısa təsvirləri, illüstrativ və anatomik şəkilləri, coğrafi yayılması, ekoloji xüsusiyyətlər və morfoloji cəhətdən oxşar növlərlə müqayisəli təhlili verilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: