Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Fizika İnstitutunda İslam ölkələrinin İqtisadi Əməkdaşlıq Təşkilatı Elm Fondunun Proqram Meneceri Xəlil Rza ilə görüş olub.
Qonağı Fizika İnstitutunun icraçı direktoru, professor Hüseyn İbrahimov qarşılayıb. Tərəflər təmsil etdikləri təşkilatlar haqqında qısa məlumatlar verib və fikir mübadiləsi aparıb. Gələcəkdə birgə fəaliyyət haqqında müzakirələr edilib.
Görüşdə Fizika İnstitutunun elmi katibi, Afət Kərimova, Elmi innovasiya və Beynəlxalq əlaqələr şöbəsinin müdiri Rüstəm Rüstəmov, Elmi resurslar və Rəqəmsal informasiya şöbəsinin müdiri Orxan Əliyev və Dilbər Əhmədova iştirak edib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.