Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

11.07.2025 21:00
  • A-
  • A
  • A+

Akademik Arif Həşimov İslam İnkişaf Təşkilatının Elm Fondunun Proqram meneceri ilə görüşüb

Akademik Arif Həşimov İslam İnkişaf Təşkilatının Elm Fondunun Proqram meneceri ilə görüşüb

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik-katibi akademik Arif Həşimov İslam İnkişaf Təşkilatının (İƏT) Elm Fondunun Proqram meneceri Xalil Raza ilə görüşüb.

Görüş zamanı Xalil Raza baş qərargahı Pakistanda yerləşən Fondun strukturu və fəaliyyəti haqqında qısa məlumat verib, qurumun əsasən 4 prioritet istiqamət üzrə fəaliyyət göstərdiyini diqqətə çatdırıb. Bu istiqamətlərdən birinin 3 üzv ölkədən elmi müəssisələrin iştirakı ilə elmi layihələrin hazırlanması olduğunu bildirib. Azərbaycan alimlərinin Fondun təşkil etdiyi tədbirlərə ekspert qismində qatıldığını qeyd edib.

Akademik Arif Həşimov Fondun fəaliyyətini yüksək qiymətləndirərək üzv ölkələri tərəfindən birgə tədqiqatların daha səmərəli təşkili üçün prioritet istiqamətlər üzrə işçi qrupların, elmi müəssisələr arasında əməkdaşlıq imkanlarının genişləndirilməsi üçün şəbəkələrin və mükəmməllik mərkəzlərinin yaradılmasını təklif edib. Həmçinin, müxtəlif elm sahələri üzrə tədbirlərin təşkilində, birgə layihə istiqamətlərinin müəyyənləşdirilməsi və həyata keçirilməsində üzv ölkələrdən qabaqcıl elmi müəssisələrin ekspert qismində cəlb edilməsinin əhəmiyyətini diqqətə çatdırıb.

Tərəflər elmi əməkdaşlıq perspektivləri üzrə müzakirələrin davamlı həyata keçirilməsinin əhəmiyyətini vurğulayıb.

Görüşdə AMEA Rəyasət Heyəti aparatının Xarici əlaqələr və beynəlxalq əlaqələrlə iş şöbəsinin müdiri dosent Esmira Əlirzayeva və şöbənin baş mütəxəssisi Günay Cəfərova da iştirak ediblər.  

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: