Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Elm” qəzetinin yeni sayı işıq üzü görüb
18.07.2025 10:19
  • A-
  • A
  • A+

“Elm” qəzetinin yeni sayı işıq üzü görüb

AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin növbəti sayı çapdan çıxıb.

Bu sayın ön səhifəsində Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun ölkəmizə səfəri və Prezident İlham Əliyev ilə birgə keçirdiyi görüşlər, ziyarətlər haqqında məlumat təqdim olunur.

Bugünkü buraxılışda Ulu Öndər Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlişinin 56-cı ildönümünə həsr olunan lektoriya, Azərbaycan milli mətbuatının yaranmasının 150 illiyinə həsr edilən “Azərbaycan mətbuatının inkişaf və vəzifələri” mövzusunda konfrans, “Məhəmməd Füzuli: biblioqrafiya” və “Məhəmməd Füzuli: həyatı və yaradıcılığı” kitablarının təqdimatı, Bakıda XIX əsrə aid tarixi abidənin konservasiyadan sonra açılışı, “AMEA mediasının şərəfli missiyası” sərlövhəli məqalə, yeni nəşrlər və s. informasiyalar təqdim olunur.

Qəzetin rus və ingilis dili bölmələrində akademik İsa Həbibbəylinin keçirdiyi görüşlər, tədbirlər barədə məlumatlar, həmçinin “Кредо академика” başlıqlı məqalə dərc edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: