Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

11.09.2025 16:25
  • A-
  • A
  • A+

AMEA və Dövlət Turizm Agentliyi arasında əməkdaşlıq məsələləri müzakirə olunub

AMEA və Dövlət Turizm Agentliyi arasında əməkdaşlıq məsələləri müzakirə olunub

Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi arasında görüş keçirilib.

Görüşdə AMEA-nın Rəyasət Heyəti aparatının Elm və təhsil şöbəsinin müdiri filologiya elmləri doktoru Sərxan Xavəri, Dövlət Turizm Agentliyinin sədrinin müşaviri Kənan Quluzadə, həmçinin hər iki qurumun aidiyyəti üzrə mütəxəssisləri iştirak ediblər.

Görüşdə iki qurum arasında əməkdaşlığın dərinləşdirilməsi, elmi araşdırmaların turizm marşrutlarına tətbiqi və ölkəmizin zəngin irsinin təbliği məsələləri müzakirə olunub.

Xüsusilə, “İpək yolu” marşrutu üzrə elmi əsaslandırma işlərinin aparılması, “Qafqaz Albaniyası irsi” marşrutu çərçivəsində tarixi və arxeoloji tədqiqatların genişləndirilməsi, həmçinin “Neft bumu” marşrutu ilə bağlı araşdırmaların həyata keçirilməsi ətrafında fikir mübadiləsi aparılıb.

Müzakirələr zamanı bildirilib ki, elmi yanaşmanın turizm sektoruna tətbiqi yalnız marşrutların zənginləşdirilməsinə deyil, həm də Azərbaycanın beynəlxalq turizm bazarında tanıdılmasına mühüm töhfə verəcəkdir. Tərəflər, həmçinin bu əməkdaşlığın ölkənin tarixi-mədəni irsinin qorunması və gələcək nəsillərə çatdırılmasında da xüsusi rol oynayacağını vurğulayıblar.

Görüşün sonunda AMEA və Dövlət Turizm Agentliyi arasında bu sahədə müştərək fəaliyyətlərin davam etdirilməsi və nəzərdə tutulan işlərin mərhələli şəkildə həyata keçirilməsi barədə razılıq əldə olunub.

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: