Sentyabrın 25-də AMEA-nın Əsas binasının Dairəvi konfrans zalında Azərbaycan Milli Elmlər Akademiyası, AMEA-nın Folklor İnstitutu, AR Mədəniyyət Nazirliyi, Türk Mədəniyyəti və İrsi Fondu və Azərbaycan Milli Konservatoriyasının birgə təşkilatçılığı “Aşıq Ələsgərdən Üzeyir Hacıbəyliyə: Türk dünyasının mədəni kodları” mövzusunda beynəlxalq elmi simpozium öz işinə başlayıb.
Simpoziumdan öncə iştirakçılar AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda fəaliyyət göstərən Məhmət Akif Ərsoy, Məhtimqulu Fəraqi, Çin və Pakistan mərkəzlərində, həmçinin Elektron zalda olub, onların fəaliyyətləri barədə məlumat alıblar.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.