Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

29.09.2025 16:32
  • A-
  • A
  • A+

Türkiyənin tanınmış tarixçisi İlber Ortaylı AMEA Naxçıvan Bölməsində olub

Türkiyənin tanınmış tarixçisi İlber Ortaylı AMEA Naxçıvan Bölməsində olub

Tanınmış türkiyəli tarixçi-alim, Türk Tarix Qurumunun fəxri üzvü, yazıçı İlber Ortaylı ötən həftə Naxçıvana səfəri zamanı bölgədəki elmi mühitlə tanış olub, ziyalılarla görüşüb.

Səfər çərçivəsində Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsini ziyarət edən professor bölmənin sədri, akademik İsmayıl Hacıyevlə görüşüb. Görüş zamanı akademik İsmayıl Hacıyev AMEA Naxçıvan Bölməsinin fəaliyyəti, aparılan elmi araşdırmaların əsas istiqamətləri və əldə edilən uğurlar haqqında ətraflı məlumat verib. Bölmənin fəaliyyəti dövründə Naxçıvanın tarixinin, arxeologiyasının, etnoqrafiyasının, folklor və dil xüsusiyyətlərinin, mədəni dəyərlərin araşdırılmasında, eləcə də elmi potensialın üzə çıxarılmasında, yerli və beynəlxalq elmi mühitə inteqrasiyasında mühüm rolunu diqqətə çatdırıb.

Bölmə barədə fikirlərini dilə gətirən professor İlber Ortaylı AMEA Naxçıvan Bölməsinin fəaliyyətini yüksək qiymətləndirib.

Sonda akademik İsmayıl Hacıyev qonağa müəllifi olduğu “Naxçıvan Muxtar Respublikasının yaranması və inkişaf tarixi” monoqrafiyasını, “Naxçıvan abidələri ensiklopediyası” və üçcildlik “Naxçıvan tarixi” kitablarını hədiyyə edib.

Naxçıvanda olmaqdan məmnunluq duyan professor İlber Ortaylı burada müşahidə etdiyi zəngin tarixi irsi, bu irsin qorunması istiqamətində görülən işləri və elmə verilən dəyəri yüksək qiymətləndirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: