Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Yapon alimləri plastik kütlə yeyən bakteriayalar kəşf ediblər
14.03.2016 15:37
  • A-
  • A
  • A+

Yapon alimləri plastik kütlə yeyən bakteriayalar kəşf ediblər

Yapon tədqiqatçılar qrupu plastik kütlə yeyən bakteriyalar kəşf ediblər. Bu bakteriyalar artıq bütün dünya üçün təhlükəyə çevrilməkdə olan plastik butulkaların məhv edilməsində əvəzedilməz rol oynaya bilər. Çox möhkəm plastik kütlədən hazırlanan bu butulkalar parçalanmadığına görə, planetimiz üçün böyük təhlükə hesab olunur.

Tədqiqatın nəticələri bu yaxınlarda “Science” jurnalında dərc olunub.

Bu kəşf ekoloqların və təbiəti qoruyanların təkrar istifadəyə yaramayan plastik butulkaların məhv edilməsinə ümidlərini artırıb. Beynəlxalq İqtisadi Forumun məlumatına görə, hər il 342 milyon ton belə butulka istehsal olunur və bunun yalnız 14 faizi təkrar istifadə üçün toplanır.

Yeni kəşf edilən mikroblar polietilentereftalatla qidalanmağı çox sevir.

Kioto Texnoloji İnstitutunun tədqiqatçıları güman edirlər ki, həmin bakteriayalardan səmərəli istifadə plastik tullantıların məhv edilməsində mühüm rol oynaya bilər. Bununla yanaşı, alimlər bu mikroorqanizmlərin plastikləri parçalamaq qabiliyyətinin daha da yaxşılaşdırılması üzərində işləməyi planlaşdırırlar.

www.phys.org/news

  • Paylaş: