Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Alimlər çürük pomidorlardan cərəyan əldə etməyin yolunu tapıblar
17.03.2016 10:19
  • A-
  • A
  • A+

Alimlər çürük pomidorlardan cərəyan əldə etməyin yolunu tapıblar

Amerikalı bir qrup alim tərəfindən çürük pomidorlardan cərəyan əldə etmək üsulu tapılıb. Yeni metod Amerika Kimya Cəmiyyətinin illik yığıncağında təqdim olunub.
Alimlərin sözlərinə görə, çürümə prosesi zamanı bakteriyalar pomidorun lətli hissəsini turşudur. Bu zaman azad olunan elektronlar cərəyan əmələ gətirir. Onun generasiyasını isə pomidora qırmızı rəng verən piqment stimullaşdırır.
Çürük pomidorların on milliqramında yalnız 0,3 Vatt elektrik enerjisi olmasına baxmayaraq, alimlər bu göstəricini bir neçə dəfə artırmağın mümkün olduğunu əminliklə bildiriblər. Yeni metodun müəlliflərinin hesablamalarına görə, Florida ştatının çürük pomidorların illik həcmindən əldə olunmuş enerjinin vasitəsilə “Disney” parkının attraksionlarının işini üç ay təmin etmək mümkündür.

www.mir24.tv

  • Paylaş: