Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Fizika İnstitutu ilə Çin Respublikasının Pekin Kimya Texnologiyaları Universiteti arasında əməkdaşlıq perspektivlərinin müzakirəsinə həsr olunmuş görüş keçirilib. Görüşdə Pekin Kimya Texnologiyaları Universitetinin professor və dokrorantları iştirak edib.
Qonaqları Fizika İnstitutunun Elmi İnnovasiyalar və Xarici əlaqələr şöbəsinin rəhbəri, dosent Rüstəm Rüstəmov salamlayıb və Fizika İnstitutu haqqında ətraflı məlumatı qonaqların diqqətinə çatdırıb. Pekin Kimya Texnologiyaları Universitetinin dekan müavini, professor Yu Yue universitetin fəaliyyəti haqda ətraflı təqdimatla çıxış edib.
Təqdimatlar əsasında maraqlı müzakirələr aparılıb və suallar cavablandırılıb.
Görüşdə elm, təhsil və innovasiya sahələrində birgə layihələrin həyata keçirilməsi, qarşılıqlı təcrübə mübadiləsi, həmçinin gənc alim və doktorantların mübadilə proqramlarının təşkili məsələləri diqqət mərkəzində olub.
Sonda qonaqlarla xatirə şəkli çəkilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.