Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Akademik İsa Həbibbəyli: “Ermənilər tərəfindən süni şəkildə saxtalaşdırılmış toponimlərin tarixi-coğrafi reallıqlara uyğun şəkildə və elmi əsaslarla bərpa edilməsi ana dili faktoru ilə yanaşı, azərbaycançılıq baxımından da zəruri və əhəmiyyətlidir”
18.11.2025 11:50
  • A-
  • A
  • A+

Akademik İsa Həbibbəyli: “Ermənilər tərəfindən süni şəkildə saxtalaşdırılmış toponimlərin tarixi-coğrafi reallıqlara uyğun şəkildə və elmi əsaslarla bərpa edilməsi ana dili faktoru ilə yanaşı, azərbaycançılıq baxımından da zəruri və əhəmiyyətlidir”

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Milli Elmlər Akademiyasının 80 illik yubiley yığıncağında Azərbaycan dili, terminologiya və toponimiya ilə əlaqədar irəli sürdüyü tələblər və vəzifələr Milli Məclisin Toponimiya Komissiyasında geniş müzakirə ediləcəkdir. Müzakirələrdə Milli Məclisin Toponimiya Komissiyasının üzvləri ilə yanaşı bu məsələlərlə məşğul olan mütəxəssislərin və yazıçıların da iştirakı nəzərdə tutulur.

Qərbi Azərbaycan ərazisində və Qarabağda ermənilər tərəfindən süni şəkildə saxtalaşdırılmış toponimlərin tarixi-coğrafi reallıqlara uyğun şəkildə və elmi əsaslarla bərpa edilməsi ana dili faktoru ilə yanaşı, geniş mənada azərbaycançılıq baxımından da zəruri və əhəmiyyətlidir.

Bu sözləri Azərbaycan Respublikası Milli Məclisi Toponimiya Komissiyasının sədri akademik İsa Həbibbəyli bildirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: