Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

28.11.2025 15:06
  • A-
  • A
  • A+

Coğrafiya İnstitutunda Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin rəhbəri ilə görüş keçirilib

Coğrafiya İnstitutunda Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin rəhbəri ilə görüş keçirilib

AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunda Həmkarlar Təşkilatının təşkilatçılığı ilə Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin (CQTM) direktoru fəlsəfə üzrə fəlsəfə doktoru Fərhad Məmmədovla institut kollektivinin görüşü keçirilib.

İnstitutun Həmkarlar Təşkilatının sədri Kamran Ramazanlı qonağı görüş iştirakçılarına təqdim edərək, onun uzun illər Coğrafiya İnstitutu ilə əməkdaşlıq etdiyini vurğulayıb. O qeyd edib ki, F.Məmmədov hələ Strateji Araşdırmalar Mərkəzinin direktoru vəzifəsində işləyərkən 2013, 2014-cü illərdə Coğrafiya İnstitutu ilə birgə Ermənistanın regional təhlükəsizliyə təhdidi və qlobal dəyişmələrə adaptasiya mövzularında keçirilən beynəlxalq elmi-praktik konfransların təşkilində iştirak edib, eləcə də institutun digər elmi konfranslarında məruzələrlə çıxışlar edib.

CQTM-in direktoru dəvətə görə təşəkkürünü bildirib və “Azərbaycanın geosiyasi identikliyi” mövzusunda təqdimatla çıxış edib. Məruzəçi çıxışında geosiyasi identikliyin strukturu, Coğrafi, dini, tarixi, mədəni-dil subidentikliyi, enerji və nəqliyyat infrastrukturu, 44 günlük müharibə dövründə təhlükələr və preventiv tədbirlər, Azərbaycanın xarici və daxili siyasəti və s. haqqında məlumat verib. Bildirilib ki,  Azərbaycanın geosiyasi identikliyi coğrafi mövqeyinin verdiyi üstünlüklər, enerji siyasəti, tarixi-mədəni irsi və çoxvektorlu diplomatik xətti ilə müəyyən olunur. Bu identiklik ölkəyə dəyişən qlobal vəziyyətlərdə sabit və çevik mövqe tutmağa şərait yaradır.  

Çıxışının sonunda Fərhad Məmmədov iştirakçıları maraqlandıran sualları cavablandırıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: