Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

02.12.2025 15:18
  • A-
  • A
  • A+

Dilçilik İnstitutunda TURKKON-un nümayəndələri ilə görüş olub

Dilçilik İnstitutunda TURKKON-un nümayəndələri ilə görüş olub

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda TURKKON ‒ Turan Dövlətləri Birləşmiş Konfederasiyasının nümayəndə heyəti ilə görüş keçirilib.

Dilçilik İnstitutunun direktoru professor Nadir Məmmədli və institutun elmi katibi filologiya elmləri doktoru Aynel Məşədiyeva TURKKON-un xarici təşkilatlanma üzrə sədr müavini Mesut Gülaçtının rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb, fikir mübadiləsi aparıblar.

Görüşdə Türk dünyası ölkələri arasında elmi, mədəni və təhsil sahələrində əməkdaşlıq imkanları, əlaqələrin gücləndirilməsi, ortaq tədbirlərin və qarşılıqlı layihələrin həyata keçirilməsi məsələləri müzakirə olunub. Qonaqlar institutun fəaliyyət istiqamətləri, aparılan elmi-tədqiqat işləri, dil korpusu üzərində görülən işlər barədə məlumatlandırılıb. Qarşılıqlı əməkdaşlığın genişləndirilməsinin hər iki tərəf üçün faydalı olacağı vurğulanıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: