Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Elm” qəzetinin növbəti sayı işıq üzü görüb
05.12.2025 15:05
  • A-
  • A
  • A+

“Elm” qəzetinin növbəti sayı işıq üzü görüb

AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin dekabr ayında ilk nömrəsi çapdan çıxıb.

Bu sayın ön səhifəsində “Prezident İlham Əliyev “AZWOOL” mineral daş yunu zavodunun açılışında iştirak edib” başlıqlı informasiya yer alıb.

Bugünkü buraxılışın ilk səhifələrində AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin iştirakı ilə “Ümummilli Lider Heydər Əliyevin ictimai görüşlərində gender amili” mövzusunda dəyirmi masa, “İRS” seriyası çərçivəsində yeni kitabların təqdimatı və “Azərbaycanda elmi nəşrlərin beynəlxalq elmmetrik meyarla uyğunlaşdırılması: Redaktorluq məktəbi” layihəsinin təqdimatı haqqında geniş yazılar təqdim edilib.

Bu sayda Prezident İlham Əliyevin AMEA-nın 80 illik yubileyindəki çıxışı və alimlərimiz qarşısında qoyduğu vəzifələrin müzakirəsi mövzularında informasiyalar, akademik İsa Həbibbəylinin çinli tələbələrə görüşü haqqında xəbər, eləcə də AMEA-nın 80 illik yubileyi münasibətilə təbrik və minnətdarlıq məktubları yer alıb.

“Elm” qəzetinin bu nömrəsində, “Heydər Əliyev elmin, alimlərin və yazarların böyük himayədarı idi”, “Kimya elminə həsr olunmuş ömür” və “Elmimizin zəfər yolu” başlıqlı məqalələr işıqlandırılıb.

Qəzetin rus və ingilis dili bölmələrində Akademiyanın elmi-təşkilati fəliyyətini əks etdirən informasiyalar, o cümlədən akademik Yusif Məmmədəliyev haqqında “Автор особой научной среды” sərlövhəli məqalə dərc edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: