Yaponiyanın Tokio Universitetinin “Rekimoto Lab” laboratoriyasının mühəndisləri zəif elektrik cərəyanı sayəsində qidanın duzluluğunu imitasiya edən “ağıllı” çəngəl icad ediblər.
Alim Hiromi Nakamura çəngəlin hazırlanması üçün əsas kimi dilin müxtəlif dadları qavrama qabiliyyətini müəyyən edən mövcud dad texnologiyası testini götürüb. H.Nakamura “ağıllı” çəngəlin yaradılmasına altı il sərf edib.
Qeyd edək ki, çəngəl dəstinə akkumulyator və elektrik sxemləri quraşdırılıb. Çəngəli ağzına yaxınlaşdıran istifadəçi elektrik cərəyanının üç səviyyəsindən birini aktivləşdirən müvafiq düyməni basır. Bu səviyyələrdən hər biri insanın dilinə təsir göstərərək yeməyin duzluluğunun müxtəlif dərəcəsini imitasiya edir. Alimin sözlərinə görə, çəngəl həmçinin xörəklərin turş və “metal” dadını imitasiya edə bilər.