Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Dilçilik İnstitutunda Onomastika şöbəsi yaradılıb
04.02.2026 13:40
  • A-
  • A
  • A+

Dilçilik İnstitutunda Onomastika şöbəsi yaradılıb

Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin iclasında müzakirə edilən növbəti məsələ AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Toponimika şöbəsinin adının dəyişdirilərək Onomastika adlandırılması haqqında olub.

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli bildirib ki, dövlət başçısının AMEA-nın 80 illik yubileyindəki nitqində Azərbaycan dilinin saflığının qorunması ilə bağlı qarşıya qoyduğu tapşırıqlardan irəli gələrək Akademiyada dərhal bir sıra addımlar atılıb. Qeyd edib ki, Toponimika şöbəsinin funksiyalarının genişləndirilməsi və adının dəyişdirilərək Onomastika adlandırılması atılmış addımların məntiqi davamıdır. AMEA rəhbəri diqqətə çatdırıb ki, həmçinin gələcəkdə şəxs adları ilə bağlı da tövsiyə kitabı hazırlanaraq aidiyyəti qurumlara təqdim olunacaq.

Müzakirələrdən sonra Rəyasət Heyətinin qərarı ilə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Toponimika şöbəsinin adı dəyişdirilərək Onomastika şöbəsi adlandırılıb.

Qeyd edək ki, Rəyasət Heyətinin əvvəlki iclasında da AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda mövcud ştat vahidləri və daxili imkanlar hesabına “Müasir Azərbaycan dili” şöbəsinin bazasında “Müasir Azərbaycan dili və nitq mədəniyyəti” şöbəsinin yaradılması haqqında qərar qəbul edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: