Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Professor Hayati Beşirli: “Bakı türk tarixi üçün 100 il əvvəl hansı mənanı ehtiva edirdisə, bu gün də öz yerini qoruyub saxlayır”
05.03.2026 11:45
  • A-
  • A
  • A+

Professor Hayati Beşirli: “Bakı türk tarixi üçün 100 il əvvəl hansı mənanı ehtiva edirdisə, bu gün də öz yerini qoruyub saxlayır”

Fevralın 27-də Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin binasının Böyük akt zalında “Birinci Türkoloji Qurultayın qurucuları və dərsləri: tarix və müasirlik” mövzusunda beynəlxalq elmi konfransın təntənəli açılış mərasimi keçirilib. Daha sonra yubiley tədbirləri AMEA-da və Xəzər Universitetində panel iclasları ilə davam edib. Ankara Hacı Bayram Vəli Universitetinin Ədəbiyyat fakültəsinin Sosiologiya bölməsinin professoru, əsasən gənclər siyasəti, sosio-iqtisadi və mədəni proseslər, mədəniyyət sosiologiyası sahələrində araşdırmalar aparan Hayati Beşirli də tədbirlərdə iştirak etmək üçün Bakıya gəlib. Alim öz təəssüratlarını bizimlə bölüşüb.

100 il bundan əvvəl Bakıda keçirilən Qurultaya gələn türk xalqlarının ziyalılarının birgə çalışmaq iradəsini nümayiş etdirdiklərini qeyd edən Hayati Beşirli eyni iradənin bu anım toplantısında da özünü göstərdiyini vurğulayıb: “Bakı türk tarixi üçün 100 il əvvəl hansı mənanı ehtiva edirdisə, bu gün də öz yerini qoruyub saxlayır. Birinci Türkoloji Qurultayda türk xalqlarını qonaq edən bu gözəl şəhər 100 illik yubiley tədbirləri zamanı da bu qonaqpərvərliyin ən gözəl nümunəsini bir daha nümayiş etdirdi.

Ümummilli Lider Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamı var. Bizim əlaqələrimiz, inkişaf etdirəcəyimiz əməkdaşlıqlar bu kəlamın bariz nümunəsidir”.

Nəzmin CƏFƏROVA, AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsi

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: