Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

06.04.2026 17:10
  • A-
  • A
  • A+

Özbəkistanlı alimlərlə görüş: dilçilik əlaqələri yeni istiqamətdə

Özbəkistanlı alimlərlə görüş: dilçilik əlaqələri yeni istiqamətdə

Özbəkistan Fərqanə Universitetinin professoru Filologiya fakültəsinin dekan müavini Xavaskan Şükürova, Özbək Tibb Universitetinin müəllimi Dilnoza Əziz, hərbi şair polkovnik-leytenant Turmirzə Oripov və Azərbaycan və Qırğızıstan Yazıçılar Birliyinin üvzü şair Muqimjon Nurbayev AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda olub.

Qonaqlar institutun direktoru professor Nadir Məmmədli ilə görüşərək elmi və kommunikativ əməkdaşlıq məsələləri haqqında fikir mübadiləsi aparıblar. Görüş zamanı ali təhsil və elmi-tədqiqat müəssisələri arasında əlaqələrin genişləndirilməsi, birgə konfransların, seminarların həyata keçirilməsi, elmi araşdırmaların inkişafı və akademik mübadilə imkanları müzakirə edilib.

Onlar vurğulayıblar ki, bu görüşün təşkili beynəlxalq əlaqələrin genişləndirilməsi, ortaq elmi müzakirələrin  həyata keçirilməsi baxımından yeni imkanlar açır.

Görüşdə qonaqlar professor Nadir Məmmədliyə Çingiz Aytmatov medalı təqdim olunub.

İclasda Özbəkistanın Fərqanə Dövlət Universiteti ilə Dilçilik İnstitutu arasında əməkdaşlıq məsələləri müzakirə olunub, memorandum imzalanıb.

Sonda professor Nadir Məmmədli tərtibçisi olduğu Türk dünyasının ən qiymətli kitablarından biri olan “Divanü lüğat-it-türk” əsərinin üç cildini Özbəkistanın  Namanqan Dövlət Universitetinə bağışlayıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: