Azərbaycan Respublikasının Türkiyədəki səfirliyi nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Türkiyə Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin Mədəni İrs və Muzeylər üzrə baş direktor müavini Bülent Gönültaşın başçılıq etdiyi Azərbaycan və Türkiyəli arxeoloqlarının təmsil olunduğu heyəti qəbul edib.
Görüşdə Atatürk Universitetinin professoru Dr. Mehmet Işıklı, Mardin Artuklu Universitetinin professorları Dr. Aynur Özfırat və Dr. Gencay Güloğlu İsilu və Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Antropologiya İnstitutunun dosenti Dr. Müzəffər Hüseynov iştirak ediblər.
Görüşdə iki ölkənin tarixində və mədəniyyətində ortaq keçmişimizin dərin köklərini əks etdirən Kür-Araz mədəniyyəti kimi nadir irsin tədqiqi və təbliği istiqamətində birgə səylər, bu istiqamətdə birgə layihələrin reallaşma yolları müzakirə olunub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.