Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

23.04.2026 10:29
  • A-
  • A
  • A+

Dilçilik İnstitutunda ingilis alimlə görüş keçirilib

Dilçilik İnstitutunda ingilis alimlə görüş keçirilib

AMEA Nəsimi adına Dilçilik İnstitutunda Böyük Britaniyanın Edinburq Universitetinin dosenti Stiven Nikols professor Nadir Məmmədli ilə görüşüb.

Stiven Nikols çıxışında Azərbaycan dilinin fonetik quruluşu, türk dillərinin fonem sistemilə bağlı tədqiqatlar apardığını bildirib. Görüşdə fonetika laboratoriyaları, müqayisəli fonoloji araşdırmalar ətrafında müzakirələr aparılıb.

Dilçilik İnstitutunun direktoru Nadir Məmmədli bildirib ki, fonetika dilin tarixini öyrənməyə, ayrı-ayrı sözlərin etimologiyasını açmağa və aydınlaşdırmağa, dillərin qohumluğunu müəyyən etməyə kömək edir. Nadir Məmmədli Azərbaycanda fonetika və fonologiya sahəsində tanınmış dilçi alimlər, onların əsərləri barədə söhbət açıb.

Görüşdə  ingilis alimi Stiven Nikols fonetik tədqiqatlarla tanış olub.

Sonra qonaq “Eksperimental fonetik araşdırmalar” laboratoriyasında yaradılan səslərin öyrənilmə şəraiti, elmi-tədqiqat işlərilə tanış olub. Laboratoriya müdiri dosent Nəzakət Qazıyeva qonağa danışıq səsi və fonem münasibətlərindən, fonem nəzəriyyəsi istiqamətlərində məlumat verib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: