Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

AMEA Rəyasət Heyəti Mərkəzi Aparatının Beynəlxalq Əlaqələr İdarəsinin yeni rəisi təyin olunub
22.10.2013 00:00
  • A-
  • A
  • A+

AMEA Rəyasət Heyəti Mərkəzi Aparatının Beynəlxalq Əlaqələr İdarəsinin yeni rəisi təyin olunub

AMEA Rəyasət Heyəti Mərkəzi Aparatının Beynəlxalq Əlaqələr İdarəsinin yeni rəisi vəzifəsinə AMEA Geologiya İnstitutunun əməkdaşı, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru Qulam Babayev təyin edilib. Bu haqda qərar AMEA Rəyasət Heyətinin iclasında qəbul olunub.

Qulam Rüstəm oğlu Babayev 1974-cü ildə Bakı şəhərində anadan olub. 1996-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasını “Faydalı qazıntı yataqları axtarışı və kəşfiyyatının geofiziki üsulları” ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib.

Elmi fəaliyyətə 2002-ci ildə Geologiya İnstitutunun “Zəlzələlərin ocaq zonalarının tədqiqi” laboratoriyasında kiçik elmi işçi vəzifəsinin icrası ilə başlayan Q.Babayev 1998-2002-ci illərdə həmin institutda aspiranturanın əyani şöbəsində təhsil alıb.

2005-ci ildə “Geofizika, Faydalı qazıntı yataqları axtarışı və kəşfiyyatının geofiziki üsulları” ixtisası üzrə “Bakı şəhərinin seysmik riskinin qiymətləndirilməsi” mövzusunda dissertasiya mövzusunu müdafiə edərək geologiya-mineralogiya elmləri namizədi elmi dərəcəsini alıb.

Geologiya İnstitutunun müvafiq şöbələrində çalışdığı müddət ərzində aparılan seysmoloji və seysmik monitorinq tədqiqatlarında fəal icraçılardan olub. Elmi fəaliyyəti dövründə alimin 50-dən artıq elmi əsəri (məqalə, tezis, metodiki iş) yerli və xarici nüfuzlu jurnallarda nəşr olunub.

Q.Babayev Azərbaycan, Gürcüstan, İtaliya, Fransa, Avstriya, Türkiyə, Avstraliya, Almaniya, Yaponiya və İsveçrədə elmi-tədqiqat mərkəzlərinin ixtisasartırma kurslarında təlim keçmişdir.

2005-ci ildən Geologiya İnstitutunun Gənc Alimlər Şurasının sədri vəzifəsində çalışıb.

2011-2013-cü illər ərzində Azərbaycan Respublikası Prezidenti yanıında Elmin İnkişafı Fondunun “Bakı şəhəri ərazisinin mikrotremor ölçü məlumatları əsasında mikroseysmik rayonlaşdırılması” mövzusunda qrantı üzrə fəal tədqiqatçılardan biri olmuşdur. BP və SOCAR ilə birgə aparılan elmi-tədqiqat işlərinin əsas icraçılarından biridir.

Q.Babayev 2010-cu ildə AMEA nəzdində yaradılmış Beynalxalq Geodeziya və Geofizika İttifaqının (IUGG) Azərbaycan Milli Geodeziya və Geofizika Komitəsinin baş katibi və Avstriyanın Vyana şəhərində yerləşən Nüvə Sınaqlarının Hərtərəfli Qadağan olunması üzrə müqavilənin (CTBTO) Azərbaycan Milli Məlumat Mərkəzi rəhbərinin müavini təyin olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: