Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

14.05.2026 14:05
  • A-
  • A
  • A+

Tarix və Etnologiya İnstitutunda qazaxıstanlı alimlərlə görüş keçirilib

Tarix və Etnologiya İnstitutunda qazaxıstanlı alimlərlə görüş keçirilib

Qazaxıstan Respublikasının Elm və Ali Təhsil Nazirliyinin Elm Komitəsinin Ç.Ç. Vəlixanov adına Tarix və Etnologiya İnstitutunun baş elmi işçisi, tarix elmləri doktoru, professor Muxatova Orazgul Xasenovna və institutun doktorantı, kiçik elmi işçi Sauprkan Eldos AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunda qonaq olublar.

Tarix və Etnologiya İnstitutunun direktoru, t.e.d., prof. K.Şükürov qonaqları qəbul edib. Daha sonra institutun şöbə müdirləri və elmi əməkdaşların iştirakı ilə qazaxıstanlı qonaqlarla görüş keçirilib, qarşılıqlı maraq doğuran elmi-tədqiqat istiqamətləri, indiyədək görülən işlər və gələcək əməkdaşlıq perspektivlərilə bağlı fikir mübadiləsi aparılıb.

Qonaqlar “XVI əsrin sonu – XVIII əsrlərdə Qazaxıstanın xarici siyasət tarixinin naməlum səhifələri” layihəsi çərçivəsində Azərbaycan-Qazaxıstan əlaqələrinə dair arxiv materialları və ədəbiyyatla tanış olublar.

Xatırladaq ki, 2023-cü ildə AMEA Tarix və Etnologiya İnstitutu və Qazaxıstan Elm və Təhsil Nazirliyinin Elm komitəsi Ç.Ç. Vəlixanov adına Tarix və Etnologiya İnstitutu arasında elmi əməkdaşlıq üzrə anlaşma memorandumu imzalanıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: