AMEA-nın Rəyasət Heyətinin növbəti iclasında kadr məsələlərinə də baxılıb.
AMEA-nın prezidenti akademik İsa Həbibbəyli diqqətə çatdırıb ki, dövlət başçısının 27 fevral 2026-cı il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın sədrliyi ilə ölkəmizdə Rəqəmsal İnkişaf Şurası yaradılıb. Həmçinin dövlət başçısının 27 fevral 2026-cı il tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026-2028-ci illər üçün Fəaliyyət Planı” təsdiq edilib və Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin əlaqələndirilməsi və icrasına nəzarət Rəqəmsal İnkişaf Şurasına həvalə olunub.
Akademik İsa Həbibbəyli qeyd edib ki, Fəaliyyət Planının 6.1.5.2.1. bəndində hər bir dövlət orqanına rəhbərin müavini səviyyəsində rəqəmsallaşmaya, innovasiya, süni intellekt və kibertəhlükəsizlik üzrə funksiyanın icrasına məsul şəxsin müəyyənləşdirilməsi tapşırılıb. AMEA rəhbəri sözügedən tapşırığın icrası ilə əlaqədar olaraq, Akademiyada müvafiq komissiyanın yaradıldığını və müavinliyə namizəd şəxslərin qiymətləndirilməsi üçün müsahibənin təşkil edildiyini söyləyib.
İclasda filologiya elmləri doktoru Mehman Həsənlinin AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi işlər, rəqəmsal inkişaf və süni intellekt üzrə direktor müavini vəzifəsinə, filologiya üzrə fəlsəfə doktoru Afaq Ramazanovanın AMEA-nın Folklor İnstitutunun elmi işlər, rəqəmsal inkişaf və süni intellekt üzrə direktor müavini vəzifəsinə, tarix elmləri doktoru İlqar Niftəliyevin AMEA-nın Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun elmi işlər, rəqəmsal inkişaf və süni intellekt üzrə direktor müavini vəzifəsinə, texnika üzrə fəlsəfə doktoru Rauf Muradovun AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzinin elmi işlər, rəqəmsal inkişaf və süni intellekt üzrə direktor müavini vəzifəsinə, filologiya elmləri doktoru Məsud Mahmudovun AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun rəqəmsal inkişaf və süni intellekt üzrə direktor müavini vəzifəsinə, filologiya üzrə fəlsəfə doktoru Xatirə Yusifovanın AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun rəqəmsal inkişaf və süni intellekt üzrə direktor müavini vəzifələrinə təsdiq edilmələri haqqında qərarlar qəbul edilib.
Bundan əlavə, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ramil Quliyev AMEA-nın Memarlıq və İncəsənət İnstitutununun rəqəmsal inkişaf və süni intellekt üzrə direktor müavini vəzifəsinə, tarix üzrə fəlsəfə doktoru Pərviz Qasımov AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun rəqəmsal inkişaf və süni intellekt üzrə direktor müavini vəzifəsinə, fəlsəfə üzrə fəlsəfə doktoru Məhəmməd Cəbrayılov AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun rəqəmsal inkişaf və süni intellekt üzrə direktor müavini vəzifəsinə, fəlsəfə üzrə fəlsəfə doktoru Elnur Mustafayev AMEA-nın Akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun rəqəmsal inkişaf və süni intellekt üzrə direktor müavini vəzifəsinə, filologiya üzrə fəlsəfə doktoru Rəşad Zülfüqarov AMEA-nın Naxçıvan Bölməsinin rəqəmsal inkişaf və süni intellekt üzrə sədr müavini vəzifəsinə, filologiya üzrə fəlsəfə doktoru Əlimuxtar Muxtarov AMEA-nın Gəncə Bölməsinin rəqəmsal inkişaf və süni intellekt üzrə sədr müavini vəzifəsinə təsdiq ediliblər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.