Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Professor Habil Qurbanov beynəlxalq konfransda məruzə ilə çıxış edib
04.06.2026 17:06
  • A-
  • A
  • A+

Professor Habil Qurbanov beynəlxalq konfransda məruzə ilə çıxış edib

3-4 iyun 2026-cı il tarixində Bakı Dövlət Universiteti və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycana qayıdış: milli ideyanın yeni mərhələsi kimi” mövzusunda I beynəlxalq elmi konfrans keçirilib.

Konfransda AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun Fəlsəfi-hüquqi təlimlər və suverenlik şöbəsinin müdiri hüquq üzrə elmlər doktoru, professor Habil Qurbanov da iştirak edib.

Professor Habil Qurbanov tədbirdə “Qərbi Azərbaycana qayıdış məsələlərinə: tarixi yaddaş prizmasından hüquqi baxış” mövzusunda məruzə ilə çıxış edərək mövzunun tarixi, hüquqi və humanitar aspektlərini geniş şəkildə təhlil edib.

Məruzədə Qərbi azərbaycanlıların doğma torpaqlarına qayıdış hüququ tarixi faktlar və sənədlər əsasında araşdırılmış, tarixi yaddaşın qorunmasının və gələcək nəsillərə ötürülməsinin əhəmiyyəti vurğulanmışdır. Eyni zamanda qayıdış prosesinin beynəlxalq hüququn norma və prinsipləri, fundamental insan hüquqları və beynəlxalq konvensiyalar çərçivəsində hüquqi əsasları diqqətə çatdırılmışdır.

Professor Habil Qurbanov çıxışında didərgin salınmış soydaşlarımızın mülkiyyət, mədəni irs və vətənə qayıdış hüquqlarının beynəlxalq səviyyədə tanınmasının və müdafiəsinin vacibliyini qeyd edib, bu istiqamətdə elmi və hüquqi fəaliyyətin gücləndirilməsinin əhəmiyyətini vurğulayıb.

Məruzə iştirakçılar tərəfindən maraqla qarşılanıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: