Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

04.11.2026 11:47
  • A-
  • A
  • A+

Fəlsəfə və Sosiologiya İnstitutunun əməkdaşları Türkiyədə beynəlxalq konfansda çıxış ediblər

Fəlsəfə və Sosiologiya İnstitutunun əməkdaşları Türkiyədə beynəlxalq konfansda çıxış ediblər

Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Sosiologiya İnstitutunun İdentiklik, multikulturalizm və Azərbaycançılıq fəlsəfəsi şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru Xatirə Quliyeva və bu şöbənin k.e.i. Sevinc Quliyevanın 20-24 oktyabr 2026-cı il tarixində Türkiyənin İstambul Aydın Universitetində ECLSS Beynəlxalq Konfrans təşkilatının təşkil etdiyi “İqlim dəyişikliyi, Təhsil və  Sosial Elmlər” konfransında iştirak ediblər.

Başda Birləşmiş Millətlər Təşkilatının, UNESCO-nun Türkiyə milli komissiyasının (Esra Hatipoğlu Aksoyoğlu) nümayəndələri olmaqla dünyanın 45 ölkəsindən gəlmiş 100-ə yaxın elmi tədqiqatçının qatıldığı bu konfransın açılış mərasimində Xatirə Quliyevanın “COP tarixi inkişaf xəritəsi” mövzusunda çıxışı maraqla qarşılanıb. O, 09-20 noyabr 2026-cı il tarixlərində Türkiyədə keçiriləcək COP31 tədbirinin dünya üçün əhəmiyyətindən, eyni zamanda Türkiyə Respublikasının Prezident R.T.Ərdoğanın həyat yoldaşı Əminə xanım Ərdoğanın yeni yaradılmış “Sıfır atrık” (0 tullantı) Komitəsinin (Vəqfi) sədri olmaqla bu dünyəvi və bəşəri qeyi-israfçılıq məzmun və mahiyyətində məramı həyata keçirmək məqsədindən, bu istiqamətdə Türkiyə Dövlətinin  böyük gücündən bəhs edib.

ECLSS Beynəlxalq Konfrans təşkilatının “İqlim dəyişikliyi, Təhsil və Sosial Elmlər” konfransının açılışından sonra  davam edən Seksiyalarda   fəlsəfə elmləri doktoru Xatirə Quliyeva “Türkiyə-Azərbaycan – Tək Millət, iki Dövlət fenomeni antropoloji, fəlsəfi, etno-psixoloji kontekstdə” və Sevinc Quliyevanın  “Xalq deyimləri – Alqışlar, Qarğışlar (dualar, andlar, zikrlər, hikmətli sözlər və lənətlər) kontekstində Azərbaycan etno-identikliyi” mövzularında məruzələri dinlənilmiş və maraqla qarşılanıb.

Konfransda çağdaş mərhələdə cərəyan edən İqlim dəyişiklikləri və Süni intellekt hadisələri, inkişaf və tənəzzül prosesləri və digər elmi-aktual problemlər geniş şəkildə müzakirə edilib və çıxışlar maraqla qarşılanıb, onlara  sertifikatlar təqdim olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: