Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

11.06.2026 10:12
  • A-
  • A
  • A+

Türkiyəli professor Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin qonağı olub

Türkiyəli professor Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin qonağı olub

Türkiyənin Çanaqqala Onsəkkiz Mart Universitetinin professoru Vedat Çalışkan Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin qonağı olub.

Muzeyin ekspozisiyasını maraqla seyr edən qonaq daha sonra bu mədəniyyət ocağının direktoru  akademik Rafael Hüseynovla görüşüb.

Görüşdə qarşılıqlı maraq kəsb edən mövzular ətrafında fikir mübadiləsi aparılıb, gələcək əməkdaşlıq imkanları müzakirə edilib.

Sonda türkiyəli qonağa akademik Rafael Hüseynovun müəllifi olduğu “Məkansız və zamansız Nəsimi” və "Səksən ilin güzgüsü" kitabları hədiyyə olunub.

Qeyd edək ki, professor Vedat Çalışkan Çanaqqala Onsəkkiz Mart Universitetinin Tətbiqi elmlər fakültəsinin Muzeyçilik kafedrasında çalışır. O, mədəniyyət coğrafiyası üzrə mütəxəssisdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: