Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

AMEA rəhbəri: Rəyasət Heyəti nümayəndələrinin hesabatlarda ekspert qismində iştirakı obyektivliyi təmin edir
18.06.2026 21:00
  • A-
  • A
  • A+

AMEA rəhbəri: Rəyasət Heyəti nümayəndələrinin hesabatlarda ekspert qismində iştirakı obyektivliyi təmin edir

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin iclasında AMEA-nın elmi müəssisə və təşkilatlarının, regional elmi bölmə və mərkəzlərinin 2026-cı ilin birinci yarısı üzrə elmi və elmi-təşkilati fəaliyyətinə dair yarımillik hesabatlarının icra vəziyyəti müzakirəyə çıxarılıb.

İclasda AMEA-nın prezidenti akademik İsa Həbibbəyli artıq bir neçə ildir ki, AMEA-nın elmi müəssisə və təşkilatlarında yarımillik hesabatların keçirildiyini qeyd edərək, bu prosesin Akademiyanın elmi potensialının səfərbər olunmasına, fəaliyyətin səmərəliliyinin yüksəldilməsinə və qarşıda duran vəzifələrin daha aydın müəyyənləşdirilməsinə xidmət etdiyini diqqətə çatdırıb.

Akademik İsa Həbibbəyli Rəyasət Heyəti nümayəndələrinin hesabatlarda ekspert qismində iştirakının elmi müəssisələr arasında məsuliyyət və koordinasiyanın daha da gücləndirilməsi istiqamətində mühüm addım olduğunu bildirib. Qeyd edib ki, əldə olunan nəticələr həm müstəqil ekspertlərin rəyi, həm də institutların geniş təqdimatı sayəsində daha obyektiv və şəffaf müstəvidə dəyərləndirilir.

Sonda AMEA rəhbəri cari ilin iyul ayında keçiriləcək Rəyasət Heyətinin iclasında yarımillik hesabatların geniş müzakirəsinin təşkil olunmasını tövsiyə edib.

AzərTac

  • Paylaş: