Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

03.07.2026 10:30
  • A-
  • A
  • A+

Şərqşünaslıq İnstitutunda İstanbul Universitetinin professorları ilə görüş keçirilib

Şərqşünaslıq İnstitutunda İstanbul Universitetinin professorları ilə görüş keçirilib

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda Türkiyənin İstanbul Universitetinin professorları Osman Fikri Sertkaya və Ayşe Gül Sertkaya ilə görüş keçirilib.

Türkiyəli alimlər əvvəlcə AMEA-nın vitse-prezidenti v.i.e., Şərqşünaslıq İnstitutunun direktoru akademik Gövhər Baxşəliyeva ilə görüşüblər.

Professor Osman Fikri Sertkaya Bakıya öncəki səfərlərindən, görkəmli Azərbaycan alimləri ilə dostluğundan danışıb, Azərbaycanın onun qəlbində həmişə dərin iz qoyduğunu deyib.

Akademik Gövhər Baxşəliyeva Şərqşünaslıq İnstitutunda türkologiya sahəsində aparılan tədqiqatlardan, çap olunan kitablardan bəhs edib.

Daha sonra tükriyəli alimlər Şərqşünaslıq İnstitunun kollektivi ilə görüşüblər. Görüşdə Azərbaycana olan sevgisindən danışan professor Osman Fikri Sertkaya Bakıya 38 il öncəki ilk səfərindən və sonrakı ziyarətlərindən danışıb. Türkoloq alim, həmçinin ərsəyə gətirdiyi əsərlərindən söz açıb. O, türkcə əsərlərdən savayı almanca nəşr olunan 2 kitabından bəhs edib, həmçinin seçilmiş əsərlərinin yaxınlarda ingiliscə və fransızca nəşr olunacağını bildirib.

Professor Ayşe Gül Sertkaya  bütün Türk dünyasını gəzdiyini, Bakının onun qəlbində xüsusi yeri olduğunu bildirib.

Daha sonra türkiyəli professorlar Şərqşünaslıq İnstitutunun əməkdaşlarının suallarını cavablandırıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: