Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

15.07.2026 14:21
  • A-
  • A
  • A+

Ədəbiyyat Muzeyində yeni ekspozisiya

Ədəbiyyat Muzeyində yeni ekspozisiya

XX yüzildə Azərbaycan filologiya elminin inkişafında əvəzsiz xidmətləri olan professor Hadi Mirzəzadənin arxivini bir müddət əvvəl ailəsi Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinə təhvil verib. Həmin eksponatların müəyyən hissəsi muzeydə Hadi Mirzəzadəyə həsr edilmiş guşədə yerləşdirilib.

Burada görkəmli alimin şəxsi əşyaları, məktubları, müxtəlif əlyazmaları, ömrünün ayrı-ayrı dövrlərini əks etdirən şəkillər toplanıb.

Qeyd edək ki, genişləndiriləcək ekspozisiyanın açılışı payızda olacaqdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: