Kürdəmir rayon Gənclər Evinin könüllüləri Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Xaqani Şirvani adına Aran Regional filialında olublar.
Filialın müdiri filologiya üzrə fəlsəfə doktoru, dosent Yaqut Bahadurqızı könüllüləri salamlayaraq Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi və muzeyin Xaqani Şirvani adına Aran Regional filialı haqqında ətraflı məlumat verib. Sonra filialın əməkdaşları Azərbaycanın mədəni irsi, klassik ədəbiyyatımız barədə ziyarətçilərə maraqlı məlumat verib, onları müxtəlif mədəniyyət nümunələri, rəsm və heykəltaraşlıq əsərləri ilə yaxından tanış ediblər.
Könüllüləri maraqlandıran suallar muzey əməkdaşları tərəfindən cavablandırılıb və onlar muzeydə xatirə şəkilləri çəkdirib, rəy və təkliflər kitabına ürək sözlərini yazıblar.
Könüllülər muzeyin ekspozisiya ilə ətraflı tanışlıqdan məmnun qaldıqlarını bildiriblər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.